a
Hava:
22 C
clear sky
Baku
humidity: 30%
wind: 10 m/s NNW
H22 • L22
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıAzərbaycanın musiqi təhsili görmüş ilk pianoçu və Gürcüstanda əməkdar həkim adını almış ilk türk qadını–Nəzirə Şahmirzə

Azərbaycanın musiqi təhsili görmüş ilk pianoçu və Gürcüstanda əməkdar həkim adını almış ilk türk qadını–Nəzirə Şahmirzə

Azərbaycanın musiqi təhsili görmüş ilk pianoçu və “Gürcüstanın əməkdar həkimi” adını almış ilk türk qadını–Nəzirə Şahmirzə

(Qacarlar sülaləsinin nümayəndəsi)

Bəhmən Mirzənin oğlu Qulam Şahmirzə Qacarın qızı Nəzirə xanım Şahmirzə Tiflisdə hərbiçi ailəsində dünyaya göz açmışdır. Uşaq yaşlarından oxumağa böyük maraq göstərən Nəzirə xanım rus gimnaziyanda və musiqi məktəbinə təhsil almışdır.

O, Qafqaz Xeyriyyə Cəmiyyətinin üzvü idi. 1914-cü ildə Nəzirə xanım 2 ali məktəbə –Konservatoriya və Qadınlar üçün Tibb İnstitutuna daxil olmaq məqsədilə Peterburqa yollanır. Konservatoriyada o, Yesipovun tələbəsi Dorzdovun, tanınmış pianoçu professor Henrix Neyhauzun sinfində təhsil almışdır. Çox böyük repertuarı olan Nəzirə xanım Bethovenin, 8,14, 32-ci sonralarını, Listin, Şopenin əsərlərini, eləcə də, Azərbaycan muğam və xalq mahnılarını ifa etməyi çox sevirdi.

Azərbaycan, Gürcüstan, Rusiya şair, yazıçı və bəstəkarları ilə yaxın dostluq əlaqələri var idi.
8 dil bilən müsəlman qızının Avropa musiqisinə meyil etməsi və fortepiano çalması təzyiqlərlə qarşılandı.

1920-ci illərin ağır vaxtları onu iki peşədən birini seçməyə vadar etdi. Türk Tiflis Tibb texnikumunda dərs deməyə və Zaqafqaziya dəmiryolu xəstəxanasında həkim vəzifəsində çalışmağa başlamışdır.
Nəzirə xanım “Gürcüstan Respublikasının əməkdar həkimi” adına layiq görülmüş ilk türk qadınıdır. Buna baxmayaraq, Nəzirə xanım musiqiyə, incəsənətə və ədəbiyyata biganə qalmamış, ayda iki dəfə Tiflisin ziyalı mühiti dairəsində musiqili ədəbi bədii gecə keçirirdi.
Buraya onun royalda çox gözəl çalan dostları toplaşırdı.

Nəzirə xanım Şahmirzə dəfələrlə Bakıda olmuş və bu onda işıqlı xatirələr qoymuşdur.

Etiketlər: Nəzirə Şahmirzə, Azərbaycanın musiqi təhsili görmüş ilk pianoçu , “Gürcüstanın əməkdar həkimi” adını almış ilk türk qadın, Qacarlar sülaləsinin nümayəndələri, Azərbaycan qadınları

Şərh yoxdur

şərhini yaz