a
Hava:
24 C
clear sky
Baku
humidity: 46%
wind: 8 m/s NNW
H24 • L24
HomeKateqoriyasız“Azərbaycan dili – milli varlığımızdır” adlı yeni esse müsabiqəsinə start verilib

“Azərbaycan dili – milli varlığımızdır” adlı yeni esse müsabiqəsinə start verilib

F.Köçərli adına Respublika Uşaq kitabxanası, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə layihəsi əsasında oxucular və dərnək üzvləri arasında esse müsabiqəsinə start verib.

Müsabiqənin keçirilməsində əsas məqsəd – müstəqil yaradıcı gənc nəsldə  ana dilimizin zənginliyini, saflığını qorumağı təbliğ etmək, istedadlarını üzə çıxarmaq, tədqiqatçılıq qabiliyyətlərini inkişaf etdirmək, onlarda milli-mənəvi dəyərləri formalaşdırmaqdan ibarətdir.

2.Müsabiqənin şərtləri:

-Müsabiqə iki nominasiya üzrə keçirilir.

-Müsabiqədə iştirak edən uşaqların yazdıqları esse yazısı 5 bal sistemi üzrə  qiymətləndiriləcək.

✅Esse yazmaq:

✅Yazıda fikirlər aydın və savadlı ifadə edilməli;

✅3 bənddən ibarət (giriş, əsas hissə və nəticəni əhatə etməli) plan tərtib olunmalı;

✅Plan əsasında mövzu dolğun yazılmalı;

✅ Hissələr arasında məntiqi rabitə olmalıdır. Təhlil etmə, tədbiq etmə, ümumiləşdirmə və məntiqi nəticə çıxartma qabiliyyətini nümayiş etdirməli;

✅ Ədəbi dilin normalarına, o cümlədən orfoqrafik, qrammatik, durğu işarələrindən düzgün istifadə edilməli;

✅Sitatlardan və tarixi faktlardan istifadə olunmalı;

✅ Mətnin həcmi 2 səhifədən çox olmamalı;

✅ Esse təqdim edilərkən oxucu özü haqqında məlumatı (ad, soyad, ata adı, oxuduğu təhsil müəssisəsi, bölmə, sinif, telefon nömrəsi, e-mail və s.) təqdim etməli;

✅ Müsabiqənin müddəti esselərin son qəbul tarixi 15 noyabr 2020-ci il.

3.Müsabiqənin təşkili və keçirilmə qaydaları:

Müsabiqə iki mərhələ üzrə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və  Firidun bəy Köçərli adına Respublika Uşaq  Kitabxanasının  14-17 yaş oxucuları arasında  keçirilir:

I mərhələ –  esselərin son qəbul tarixi 15 noyabr 2020-ci il.

II mərhələ –  mükafatlandırma tarixi 17 noyabr 2020-ci il.

4.Mükafatlandırılma:

Müsabiqəyə təqdim olunan essenin qiymətləndirilməsi mütəxəssislərdən  ibarət münsiflər heyəti tərəfindən həyata keçiriləcək;

Müsabiqənin qalib və iştirakçılarına həvəsləndirici diplom və kitablar hədiyyə olunacaq.

• Esselər elektron poçt ünvanına göndərilməlidir:

◾ info@clb.az

◾ushaqkitabxanasi@gmail.com

◾childlibbaku@yahoo.com

◾aliyevayegana76@mail.ru

etiketlər
Şərh yoxdur

şərhini yaz