a
Hava:
13 C
clear sky
Baku
humidity: 88%
wind: 3 m/s SSE
H13 • L13
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıAvropada ali təhsil almış ilk azərbaycanlı qız–Leyla Şahtaxtlı

Avropada ali təhsil almış ilk azərbaycanlı qız–Leyla Şahtaxtlı

Avropada ali təhsil almış ilk azərbaycanlı qadın–Leyla Şahtaxtlı
Leyla xanım İsa Sultan qızı 1886-cı ildə Türkiyənin Qars şəhərində anadan olmuşdur. O, Avropada ali təhsil almış ilk azərbaycanlı qadın, Azərbaycanda ilk ziyalı qadınlardan biri, görkəmli publisist, alim və ictimai xadimdir. Leyla Şahtaxtlı İsa Sultan Şaxtaxtlinskinin qızıdır.
Leyla xanım1904-cü ildə Tiflisdə Qızlar İnstitutunu bitirdikdən sonra H.Z. Tağıyevin vasitəsilə İsveçrən İnstitutunun tibb fakültəsinə daxil olmuşdur. Lakın təhsilini başa vurmağa iki il qalmış xəstələnərək 1907-ci ildə İsveçrədə vəfat etmişdir. Mirzə Cəlil onun vaxtsız ölümü ilə bağlı “Molla Nəsrəddin” jurnalında şəkli ilə bərabər, çap etdirdiyi nekroloqda dərin kədərlə yazırdı:
“Molla Nəsrəddinin arzularından xəbərdar olanlar gərək bilsinlər ki, bir belə vücudun yox olmağı bizim üçün təskinsiz bir dərddir. Rəvadırmı bundan sonra Şvetsariyada elə bilsinlər ki, dünyada müsəlman qızı tək bircə imiş?”
(“Molla Nəsrəddin” jurnalı, 1908, ✓52).
Şərh yoxdur

şərhini yaz