a
Hava:
14 C
clear sky
Baku
humidity: 77%
wind: 7 m/s SE
H14 • L14
HomeƏn son xəbərlərAQSİA-nın üzvləri şəhid anası ilə görüşdü

AQSİA-nın üzvləri şəhid anası ilə görüşdü

Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əkiz qardaşların anası Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) qonağı olub. Ağdam rayonundan olan Mailə Allahverdiyeva görüş çərçivəsində sahibkar xanımlarla tanış olub.

 

SOSİUM.az xəbər verir ki, şəhid anası AQSİA-nın ona göstərdiyi diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

 

O deyib ki, hər iki övladını vətən uğrunda itirsə də, qətiyyən peşman deyil: “Mənim övladlarım vətənimizin uğrunda canlarından keçiblər. Biz ağdamlıyıq, erməni terrorunun canlı şahidləriyik. 30 ilə yaxındır məcburi köçkün həyatı yaşayırıq. Mənim övladlarım və onun kimi minlərlə şəhidimizin, qazimizin canı-qanı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi bahasına torpaqlarımız düşmən tapdağından azad edildi”.

 

Görüşdə iştirak sahibkar xanımlar şəhid anasının problemləri ilə maraqlanaraq, belə vətənpərvər oğullar yetişdirdiyi üçün ona təşəkkür etdilər. Bildirdilər ki, Mailə xanım fədakar Azərbaycan qadını obrazıdır və məhz belə mətin qadınların sayəsində ayaqdayıq.

Görüşdə AQSİA sədri Səkinə Babayeva, İdarə Heyətinin üzvü Mətanət Ağamirli, Nəzarət təftiş komissiyasının üzvü Gülnarə Xəlilova, Assosiasiyanın digər üzvləri Firəngiz Rüstəmova, Aynur Əliyeva, Tansu Məmmədzadə, Nilufər Qarayeva və digərləri iştirak ediblər.

Şərh yoxdur

şərhini yaz