a
Hava:
13 C
clear sky
Baku
humidity: 94%
wind: 4 m/s SSE
H13 • L13
HomeQadın və ictimaiyyətMövzu "Qadın"Ana haqqında atalar sözləri-deyimlər

Ana haqqında atalar sözləri-deyimlər

Ana haqqında atalar sözləri-deyimlər

«Ana ürəyi, dağ çiçəyi»

«Ana səbri böyükdür»

«Ana qəlbinə toxunmaq olmaz»

«Ana haqqı, Tanrı haqqı»

«Anadan artıq yavər olmaz»

«Analı qızın işi görünər, anasız qızın dişi»

«Analı qızın özü böyüyər, anasız qızın sözü»

“Analı quzu, xınalı quzu”

“ana kimi yar olmaz, vətən kimi diyar”

“Anasına bax, qızını al, qırağına bax, bezini al”

“Ana bala ucundan canını oda yaxar”

“Anadan əzziz yenə anadır”

“Ananın səbri tükənməz”

“Anadan əmdiyim süd burnumdan gəldi”

“Anasız gördüyün iş danlaqsız bitməz”

“Ana qədri bilməyənŞ yadın qədrinmi nə bilər”

“Ana malına göz dikən ac qalar”

“ Ana-atasına xeyri olmayanın elə nə xeyri”

“Anası gəzən ağacı bala budaq-budaq gəzər”

“Uşaq atadan yox, anadan yetim qalar”

“Ananın canı övlada bağlı olar”

“Analar bizi bu gün üçün doğub”

“Ana səbri böyükdür”

“Ana ürəyi-dağ çiçəyi”

 

“Ana olmayan ana, Ata olmayan ata qədri bilməz”

“Hər işləyən kişi olmaz,

Hər doğan ana olmaz”

“Hər kəs ağlar, amma analar başqa cür ağlar”

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz