a
Hava:
26 C
clear sky
Baku
humidity: 21%
wind: 8 m/s SSE
H26 • L26

Qadın haqqında atalar sözləri-deyimlər

Ağıllı qadın kişiyə dedikləri hər sözə şəkər qatır və kişinin dedikləri hər sözdən duzu yığışdırır
Ərəb atalar sözü

Ərinə sahib olmaq istəyirsənsə, əvvəlcə onun mədəsinə sahib ol.
İspan atalar sözü

Qadın- həyatın bütün mərhələlərində kişinin xilaskarıdır.
Vissarion Qriqoryeviç Belinski,
Rus tənqidçisi və filosofu

Qadın elə bir mələkdir ki, bizi uşaq ikən qoruyur, gənc ikən xoşbəxtliyimiz üçün çalışır, qocalanda isə təsəlli
verir.
Avreli Avqustin,Qədim Roma filosofu

Qadının həyatı sevgi, duyğu, dözüm və fədakarlıqdan yoğrulub.
Onore de Balzak,
Fransız yazıçısı

Qadınsız ev məzar kimidir.
Onore de Balzak,
Fransız yazıçısı

Qadın instinkti böyük insanların uzaqgörənliyinə bərabərdir.
Onore de Balzak,
Fransız yazıçısı

Qadınlar qorxanda daha təhlükəli olurlar.
Robert Berns,
Şotland şairi

Qadın hər şeyi fitrətən bilir,kişi kitablardan öyrənir.
Siddhartha Qautama Budda,
Buddizm banisi

Qadınların ən güclü silahı zəiflikdir.
İvan Alekseyeviç Bunin,
Rus yazıçısı

Qadının hökm etdiyi yerlərdə işdən çox, istəklər vacibdir.
Esxil,
Qədim Yunan dramaturqu

Qadının ən böyük cəvahiratı onun namusudur.
Anatol Frans,Fransız yazıçısı

Həyatın məşəqqətlərinə dözmək üçün onları mütləq bir qadınla bölüşmək lazımdır.
Anatol Frans,
Fransız yazıçısı

Qısqanclıq kişidə zəiflik, qadında isə güc mənbəyidir.
Anatol Frans,
Fransız yazıçısı

Qadınlar onları dinləməyi bacaran kişini varlı kişidən üstün tuturlar.
Corc Herbert,
İngilis şairi

Qadını Allah gözəl yaradır, şeytan isə onu sevdirir.
Viktor Mari Hüqo,
Fransız yazıçısı

Hər hansı bir hiylə qadın hiyləsi ilə müqayisədə heç nədir.
İncil

Qadının həmişə üç cür yaşı olur: biri görünən yaş, digəri həqiqi yaş, üçüncüsü də onun özünə verdiyi yaş.
Alfons Karr,
Fransız jurnalisti

Mənin üçün Avropa ölkələrini barışdırmaq bir neçə qadını barışdırmaqdan asandır.
14-cü Lüdovik,
Fransa kralı

Qadın öz yaşını doğum tarixindən deyil, evləndikdən sonra hesablayar.
Con Lokk,
İngilis filosofu və pedaqoqu

Qadın kobudluğu, nifrəti, ikrahı bağışlayar, lakin istehzanı heç vaxt unutmur.
Etyen Rey,
Fransız yazıçısı

Qadının ən böyük düşməni səbirsizlikdir.
Jan Pol İohan Paul Fridrix Rixter,
Alman yazıçısı

Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər.
Migel de Servantes,
İspan yazıçısı

Qadın ömürdən şirin və ölümdən acıdır.
Hz.Süleyman ə.s.

Arvad seçərkən özündən biliksizini,dost seçərkən özündən biliklisini seç.
Çin atalar sözü

Qadının çöhrəsi ərinin necə olduğunu, kişinin köynəyi isə arvadının necə olduğunu göstərir.

yuqoslav atalar sözü

Qadının sizdən məsləhət istəməsi o demək deyil ki,sizin məsləhətinizə ehtiyacı var,o,sadəcə,özünə
həmsöhbət axtarır.
Onore de Balzak,
Fransız yazıçısı

Qadını idarə etməyi bacaran dövləti də idarə edər.
Onore de Balzak,
Fransız yazıçısı

Qadın insan kölgəsi kimidir;qovsanız-qaçar,qaçsanız-qovar.
Nikola Sebastyan Şamfor,
Fransız yazıçısı

Qadın elə bir mövzudur ki,onu nə qədər incələsən də,hər zaman yenidir.
Lev Nikolayeviç Tolstoy,
Rus yazıçısı və mütəfəkkiri

Kişi əfv edir və unudur, qadın yalnız əfv edir.
Filip Jerfo,
Fransız yazıçısı

Qızılı od ilə, qadını qızıl ilə və kişini qadın ilə sınaqdan çıxarırlar.
Litsi Anney Seneka,
Qədim Roma filosofu

Pis qadın kişinin gec-tez düşüb boğulacağı bataqlıqdır.
Afrika atalar sözü

Şərh yoxdur

şərhini yaz