a
Hava:
21 C
clear sky
Baku
humidity: 56%
wind: 7 m/s S
H21 • L21
HomeUmayClub.comHaqqımızda

Haqqımızda

Qadın günlərdə, bu ıssız mühitimiz güləcək,
Sürükləyən bəşəriyyət qadınla yüksələcək…
Hüseyn Cavid

Azərbaycan xalqının tarixində son 200 il ictimai-siyasi, mədəni dəyişikliklərin baş verməsi ilə yadda qalmışdır. Azərbaycan qadını öz hüquqları uğrunda mübarizəsini davam etdirmiş, təhsil, maarifçilik və xeyriyyəçilik kimi mənəvi, həm də mədəni irsi yaratmış, müasir dövrə çatmışdır. Xüsusilə XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycan qadınları bir çox sahələrlə yanaşı, savadsızlığın aradan qaldırılmasına da dəstək vermişdilər. Qadın öz üzərinə götürdüyü sosial məsuliyyətin öhdəsindən həmişə layiqincə gəlmişdir. Azərbaycan qadını vətənə və ailə dəyərlərinə bağlıdır və biz bunu tariximizin bütün dövrlərində müşahidə edirik. Yüksək təhsilli qadın, kiçik dövlət sayılan ailənin başçısı, övladları üçün böyük dayaq və uğurların təminatçısıdır. Bu səbəbdən H.Z. Tağıyev, M.Muxtarov, H. Zərdabi, C. Məmmədquluzadə, Ə. Hüseynzadə və digərləri gələcək nəsilləri yetişdirən Azərbaycan gənc qızlarını və qadınlarını dünyəvi təhsilli görmək istəyirdilər.

“Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” Heydər Əliyev.

Bu bir həqiqətdir ki, müasir dünyanın əsas problemindən biri gender məsələləri və onun həll istiqamətində həyata keçirilən işlərdir.

Qadınların təhsil almaq, işləmək, seçib-seçilmək və s. hüquqları uğrunda hər zaman ən müxtəlif formada mübarizə aparmışdır. Çox sevindirici haldır ki, qadınlar əsrlər boyu cəmiyyətin təsiri ilə yaranan, yaxud özləri üçün yaratdıqları psixoloji əngəlləri aşmaqdadırlar.

Azərbaycan qadınları özlərinin özlərinin ictimai-siyasi fəallığı, vətənə sədaqəti, ailəyə bağlılığı və fədakarlığı sayəsində həm Şərq, həm də Qərb dünyası üçün unikal inkişaf yolu seçiblər. Belə ki, müsəlman Şərqində qızlar üçün ilk dünyəvi məktəb 119 il bundan qabaq məhz Bakıda yaradılmışdır. Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verilməsindən 100 il ötür. Bu demokratik qərar ölkədə qadınların ictimai-siyasi, sosial-mədəni aktivliyinin artması üçün impuls, rolunu oynamışdır. Qadınlar bütün tarixi dövrlərdə fəal iştirak edərək cəmiyyətimizin inkişaf etməsinə öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət xadimləri vardır..

Tarixə nəzər salsaq, görərik ki, dünya yarandığı gündən qadın aparıcı qüvvəyə çevrilmiş, zaman -zaman ölkəni idarə etmiş, böyük sərkərdə, diplomat, siyasətçi, deputat və s. olmuşdur. Qadın mübarizliyini, dəyanət və cəsarətini, siyasətinin qüdrətini, bacarığını və qüdrətini, bir sözlə, cəmiyyətdəki yerini bir daha sizlərə çatdırmaq üçün sizlərin qarşısındayıq.

Vətənimizin iki xanım vətəndaşları olaraq, cəmiyyətimizi bir daha maarifləndirmək, qadın dəyərlərıni bir daha artırmaq və təbliğ etmək, şanlı tariximizə salnamə yaratmış, iz qoymuş, İLK lərə imza atmış,v mübariz qadınlarımızı və eləcə də müasir dövrün, cəsarətli və ziyalı, qurub – yaradan xanımlarını sizə tanıtmaq istədik. Bu minvalla “UMAY qadın” saytı yaratmağı özümüzə borc bildik…

UMAY – qədim Türk mifologiyasında qadın tanriçadır. Umay yaxşılıq, mərhəmət, xeyirxahlıq tanriçasıdir, eyni zamanda Ana Tanrı, Həyat yaxşılıq edər, doğulacaq uşaqları təyin edər. Üç buynuzlu və bəyaz əlbisəlidir. Yerə qədər uzanan ağ, gümüşdən saçları vardır. Görünüşü yaşlı deyil, orta yaşlıdır. Mələk, quş qılığına girə bilir və qanadlıdır. Həyat ağacının sahibidir və uşaqları qoruyur. Səmada yaşayır, bəzən yer üzünə enir və yer üzünə bərəkət paylayır. Ətrafına daim işıq saçar. Yanında bir buğu ( ceyran) və ya zərif bir maral ilə gəzər. Övladı olmayanlar bu gün də onun adına qurban kəsirlər. Hamilə qadınları və heyvanları qoruyur. Tarixdə bəzən Humay, Omay, Umu və Umay ana isimləri ilə adlandırılmışdır.

Aynur Turan 

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz