a
Hava:
12 C
clear sky
Baku
humidity: 62%
wind: 5 m/s NNE
H12 • L12
HomeUmayClub.comTarixdə bu gün17 noyabr – Beynəlxalq Tələbə Günüdür.

17 noyabr – Beynəlxalq Tələbə Günüdür.

1946-cı ildə Praqada beynəlxalq tələbələr konqresində təsis edilmiş bu bayram gənclik və romantika günü kimi qəbul edilsə də, onun yaranma tarixi qanlı hadisələrlə bağlıdır. 16 noyabr 1939-cu il faşistlərin işğalı altında olan Çexoslovakiyada Respublika gününü qeyd etmək üçün küçələrə axışan tələbə və müəllimlər faşist qoşunlarının zorakılığına məruz qalmışlar. Hadisələr zamanı tibb fakültəsinin tələbəsi Yan Opletal güllələnmiş, onun dəfni etiraz aksiyasına çevrilmişdir. Faşistlər 1200 tələbəni həbs edərək ölüm düşərgələrinə aparmış, 9 gənci məhkəmənin hökmü olmadan edam etmişlər. Hitlerin qərarı ilə Çexiyanın bütün ali təhsil müəssisələrinin fəaliyyəti müharibə bitənə qədər dayandırılmışdır…
Tarixi faciəli hadisələrlə bağlı olan bu gün hazırda dünyanın bir çox ölkələrində tələbələrin həmrəyliyi günü kimi qeyd olunur. Gəlin insan ömrünün ən parlaq dövrünü yaşayan tələbələri təbrik edək, onlara faydalı təhsil illəri, maraqlı və zəngin tələbə həyatı, gələcəkdə uğurlu peşə fəaliyyəti arzulayaq.

Oktay Səmədov,
Pedaqogika üzrə fəlsəfə doktoru dosent

Etiketlər : 17 noyabr – Beynəlxalq Tələbə Günü

Şərh yoxdur

şərhini yaz