a
Hava:
15 C
clear sky
Baku
humidity: 44%
wind: 8 m/s NNE
H15 • L15
HomeQadın və ictimaiyyətDünyada tanınmış qadınlarƏzmin zirvəsini fəth edən – Marie Balter

Əzmin zirvəsini fəth edən – Marie Balter

Marie Balter,alkoqolik bir ananın qızı olaraq dünyaya gəlmişdi. Anası nə ona,nə də digər uşaqlarına baxa biləcək gücdə deyildi. Sosial qurumlar tərəfindən uşaqların alınması hər an göz önündə olan bir amil idi,ancaq Marie’nin anası digər övladlarını deyil də,məhz Marie’ni uşaq evinə göndərdi. Və bundan sonra Marie’nin acı günləri başladı. Çox keçmədən bir ailə onu övladlığa götürdü,lakin bu heç də yaxşı olmadı. Qəyyumluğa götürən ailə davamlı olaraq şiddət və işkəncə tətbiq edirdi balaca Marie’yə. Kiçik yaşlarında ağır stressdən fəlç keçirən Marie,davamlı ürək spazmları və astma krizləri yaşayırdı. Bu da onun yaşamında çətinliklər törədirdi. 17 yaşında olarkən zaman-zaman halüsinasiyalar görən Marie’yə şizofreniya təşhisi qoyulur və xəstəxananın psixologiya bölməsinə yerləşdirilir. Ümidsizlik və çarəsizliyin əsarəti altında olan Marie stressdən düzgün qidalana da bilmir və səhhəti ilə bağlı problemləri artır. 17 il burda qaldıqdan sonra 34 yaşındakı Marie’ni həkimlər son dəfə yoxlanışdan keçirir və onun əslində şizofreniya deyil, ağır depressiya xəstəsi olduğu qənaətinə gəlirlər. Marie, dostları və xəstəxana xidmətçilərinin köməyi ilə xəstəxanadan çıxır. Üniversitetinin psixiatriya bölməsini bitirir və Harvard Üniversitetində dərəcə alır. Daha sonra ailə qurur,lakin şəxsi problemlərlə üzləşir,amma Marie bunların da öhdəsindən layiqincə gəlir,bütün gücüylə mübarizə aparır. Həyatının geri qalan qismini müxtəlif psixi problemli xəstələrlə konsultasiyalar,seminarlar və konfrenslar aparmaqla keçirir. Və bir gün o böyük gün gəlir. Marie Balter, xəstəsi olduğu psixoloji mərkəzə rəhbər təyin olunur.
Marie’nin hekayəsi bütünlüklə bir əzmin,səbrin bəhrəsini gözlər önünə sərir…

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz